Hazırda Ermənistanın daxili siyasi meydanında yaranmış fors-major situasiyada Prezident Armen Sarkisyanın çox ciddi vasitələri və funksiyaları var və o onlardan rahat istifadə edə bilər.

Bu barədə politoloq Armen Baqdasaryan “Sputnik Ermənistan”la söhbətində bildirib.

“Prezident dövlət başçısıdır və ona görə də xalq kəskin məqamlarda ona müraciət edir. Əlbəttə, o, Baş nazir vəzifəsinə namizəd ola bilməz, lakin o, qısamüddətli keçid dövründə dövlət başçısı rolunu öz üzərinə götürə və növbədənkənar demokratik seçkilərin keçirilməsinin təminatçısı ola bilər”, – o deyib.

Baqdasaryanın fikrincə, Ermənistan əhalisinin əksəriyyəti hakimiyyətə etibar etmir və Paşinyanın və onun komandasının təşkil etdiyi seçkilərə etibar etməyəcək. Ancaq indi şəffaf seçkilər Ermənistana hava kimi lazımdır.

“Armen Sarkisyanın müvəqqəti başçı roluna namizədliyi ən əlverişlidir, çünki onun özü seçkilərdə iştirak etməyəcək və o, heç bir siyasi qüvvənin nümayəndəsi deyil”, – politoloq deyib.

Ermənistan Prezidenti müxtəlif görüşlər keçirir və məsləhətləşmələr aparır: O, artıq Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla və müxalifət nümayəndələri ilə görüşüb.

“Mən onu “ingilis kraliçası”, yəni yalnız simvol hesab etmirəm. Güman edirəm ki, respublikanın Prezidenti nə baş verdiyini başa düşmək üçün bir neçə gün də gözləyəcək, sonra qərar qəbul edəcək (Onik Qasparyanın istefa ərizəsinə dair –red.)”, – politoloq deyib.

Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyan

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.