Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Armen Sarkisyan martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmə 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib.

İstinadlar Report