Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

ABŞ tərəfinin təşəbbüsü ilə həyata keçirilən telefon danışığında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.