Tarixin ən uzun müddət hakimiyyətdə olan monarxı, mərhum Böyük Britaniya kraliçası II Elizabet haqqında maraqlı faktlar ortaya çıxıb.

Elizabetin çoxlu qeyri-adi ləqəbləri var idi. Uşaqlıqda atası, anası və bacısı onu “Lilibet” deyə çağırıblar. O, şahzadə Filiplə evlənəndə ona “mənim kələmim” deyə xitab edib.

Uşaqlıqda günorta çayı üçün mürəbbəli sendviçlər yeməyi çox sevirdi. İlk dəfə sınayanda beş yaşında olub və həyatı boyu onu yeməyə davam edib.

Deyilənə görə, kraliça əla sürücü idi. O, 19 yaşında maşın sürməyi öyrənib. Britaniyada vəsiqəsiz maşın sürməyə icazə verilən yeganə şəxs idi.

Aşpaz Darren Gredi deyir ki, kraliça gündə dörd içki içirmiş. O, daha çox şərab, bəzən isə martini içirdi.

Elizabetin 30-dan çox korgi cinsi iti olub. Onun son iki iti Mik və Sendi hazırda gəlini Saranın himayəsindədir.

Kraliça yalnız bir dəfə evlənib. Onun üç il gizli şəkildə şahzadə Filiplə nişanlı qaldığı və sarayın nişanı rəsmən elan etmək üçün Elizabetin 21 yaşına qədər gözlədiyi güman edilir. Elizabet və Filip 1947-ci ildə evləniblər. Onların dörd övladı var. Evlilikləri 73 il davam edib. Filip 9 aprel 2021-ci ildə 99 yaşında vəfat etdi. 

Kraliça atları çox sevirdi. Demək olar ki, Elizabet ölənə qədər at sürüb. Monarx həm də tez-tez başqa ölkələrdən ona verilən və London zooparkında saxlanılan bir neçə qeyri-adi heyvan sahibi idi. O, həmçinin hökumətlər və ya digər kral ailələri tərəfindən ona verilmiş ən azı bir fil, bir timsah, bir kenquru, bir ayı, iki begemot və çoxsaylı atlara sahibi idi.

Kraliça Elizabetin dözə bilmədiyi bir qida var idi – sarımsaq. Kraliçaya verilən yeməklərin heç birində sarımsaq olmayıb. 

II Elizabet saqqalları sevmirdi və yaxın çevrəsindəki hər kəsin saqqallarını qırxmasını istəyirdi. Ancaq bir istisna var idi – monarxın tez-tez saqqalını qırxmamağa icazə verdiyi sevimli nəvəsi Şahzadə Harri.

Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib.

İstinadlar Qafqazinfo