Parisdə “sarı jiletlilər”in bu gün keçirilən etiraz tədbirləri zamanı 70 nəfər aksiya iştirakçısı sorğu-sual olunub.

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında keçirilən “Sarı jiletlilər”in etiraz aksiyasında bu saatlarda artıq 2 mindən artıq insan iştirak edir. Vəziyyətlə bağlı Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər naziri Kristof Kastaneri Prezident sarayına çağırıb.

Yelisey çölü prospektində və Parisin Notr-Dam kilsəsi yaxınlığında aksiyaların keçirilməsinə icazə verilməsə də, Parisin bir sıra metrostansiyasının bağlanması nəticəsində metronun ümumi fəaliyyəti pozulub.

Yelisey çölü prospektinə gedən yolların bağlanması səbəbindən avtomobillərin hərəkəti bütün paytaxtda çətinləşib.

İstinadlar Report