“İqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilməlidir”.

Bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl deyib.

O bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadiyyatı fəal inkişaf edib, xüsusən də ÜDM artıb, yoxsulluq səviyyəsi kəskin şəkildə azalıb: “Eyni zamanda, ölkə iqtisadiyyatı əvvəllər təkcə neft və qaz hasilatı üzərində qurulsa da da, son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən birinə çevrilib”.

İstinadlar Report