
Yunanıstanın Santorini adasında güclü zəlzələ zamanı insanların təhlükəsiz təxliyəsi üçün xüsusi liman yaradılacaq.
Santorinidə yanvarın sonundan bəri on minlərlə zəif zəlzələ qeydə alınıb, nəticədə minlərlə insan evlərini tərk etməyə məcbur olub, hakimiyyət tikintini qadağan edib, məktəbləri və yaxınlıqdakı adaları bağlayıb.
Ciddi dağıntılar barədə məlumat daxil olmasa da, alimlər daha güclü təkanların olmasını istisna etmirlər.
Mülki müdafiə naziri Vasilis Kikilias bildirib ki, Yunanıstan hakimiyyəti yeni liman infrastrukturunun tikintisi başa çatanadək sərnişin bərələrini təhlükəsiz qəbul edə biləcək təxliyə limanı inşa etməyi planlaşdırır.