Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il və Miladla bağlı əvvəlcədən planlaşdırılmış bayram tədbirləri ləğv edilib.

Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, istisna hal kimi uşaqlar üçün hazırlanan bayram tədbirlər keçiriləcək.

Vurğulanıb ki, Saray meydanı və Nevski prospektində ənənəvi olaraq keçirilən Yeni il konserti ləğv ediləcək. Bundan başqa, Sankt-Peterburqda ənənəvi atəşfəşanlıq olmayacaq, Milad Ulduzu atəş festivalı, eləcə də Tavriya sarayında xeyriyyə qəbulu təşkil edilməyəcək.

İstinadlar Report