Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.

Bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

“Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq”, – qubernator bildirib.

İstinadlar Report