Rusiyanın Sankt-Peterburq şəhərində 30-a yaxın insan şəhər seçki məntəqələrində qida zəhərlənməsi əlamətləri ilə həkimlərə müraciət edib.

“Rospotrebnadzor”un əməkdaşları hazır yeməklərin istehsal olunduğu və seçki məntəqələrinə təhvil verildiyi binalara baxış keçiriblər və müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunur ki, şəhərin Admiralteyski və Kirovski rayonlarındakı seçki məntəqələrində baş verən zəhərlənmələrlə bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

İstinadlar Report