Sankt-Peterburq müəssisələri Azərbaycana neft və qaz quyuları üçün avadanlıq tədarük etməyə hazırdır.

Bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

“Sankt-Peterburqla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin rəhbərlərinin müəyyən etdiyi xətt üzrə tam şəkildə davam edir. Şəhər rəhbərliyi nəzərdə tutulmuş bütün planların həyata keçirilməsinə qoşulmağa hazırdır. Biz ticari-iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların artırılmasını prioritet kimi görürük”, – deyə o qeyd edib.

Qubernator vurğulayıb ki, Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır: “2023-cü ilin 3 rübünün yekunlarına görə, artım 33 %-dən çox olub”.

İstinadlar Report