Sankt-Peterburq – Antalya marşrutu üzrə noyabrın 4-nə keçən gecə həyata keçirilməli olan aviareys texniki səbəblərə görə 17 saatdan çox gecikib.
Bu barədə Pulkovo hava limanının operatoru olan “Vozduşnıe vorota Severnoy Stoliçı” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 4-də Moskva vaxtı ilə saat 01:25-də Sankt-Peterburqdan Antalyaya uçmalı olan A-Jet TK 3977 reysi texniki səbəblərə görə təxirə salınıb. Aviaşirkət sərnişinləri qida və digər xidmətlərlə təmin etmək üçün tədbirlər görür”, – məlumatda bildirilib.