Moldovanın hazırkı dövlət başçısı Maya Sandu noyabrın 3-də baş tutmuş prezident seçkilərində qələbə qazandığını açıqlayıb.
Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.
“Moldova, bu gün sən qalibsən. Birgə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə olan sadiqliyimizin gücünü göstərdik”, – o qeyd edib.
Ölkənin həm daxilində, həm də xaricində yaşayan moldovalılara təşəkkürünü bildirən dövlət başçısı vətəndaşların “azadlıq, ümid və mətanətin təcəssümü” olduğunu vurğulayıb.