Mərkəzi Afrikanın San-Tome və Prinsipi adalarında uğursuz dövlət çevrilişi cəhdi nəticəsində azı 5 nəfər ölüb.

San-Tome və Prinsipinin Baş naziri Patris Trovoada ölkədə uğursuz dövlət çevrilişi cəhdinin edildiyini bildirib.

“Bizdə olan məlumata görə, müxalifət partiyasının rəhbəri və keçmiş qiyamçı Arlesiu Koşta da daxil olmaqla azı beş nəfər ölüb”, – radiostansiya bildirib.

Çevriliş cəhdindən bu yana həm hərbçilər, həm də mülki şəxslər olmaqla onlarla adamın saxlanıldığı vurğulanıb.

İstinadlar Report