ABŞ-ın San-Fransisko şəhərinin Polis Departamenti (SFPD) insidentlərə cavab olaraq “öldürücü güc” robotlarından istifadəyə icazə verilməsini təklif edib.

Departament 12-si işləməsə də, cəmi 17-si olan robotlar bazasından istifadə etməyi təklif edir.

Polis sözçüsü bildirib ki, uzaqdan idarə olunan qurğular adətən ərazidə araşdırmalar və bombanın zərərsizləşdirilməsi üçün istifadə olunur. Təklifə əsasən, departament onlardan “təlim və modelləşmə, cinayətkarların saxlanılması, kritik hadisələr, fövqəladə hallar, orderin icrası və ya şübhəli cihazların qiymətləndirilməsi zamanı” istifadə etmək istəyir.

Yeni “Remotec” robotları əlavə silah sisteminə malikdir və onların F5A modeli çox vaxt bombaları partlatmaq üçün istifadə edilən ov tüfəngini mərmilərlə doldura bilir. ABŞ ordusunun istifadə etdiyi model pulemyot və qumbaraatan əlavə etmək üçün dəyişdirilə bilər.

İstinadlar Report