Samux rayonunda sərnişin daşıyan mikroavtobus yanıb.  

Hadisə Gəncə-Samux-Sərkar-Ziyadlı xətti üzrə hərəkət edən sərnişin mikroavtobusunda baş verib. 

Hadisə baş verən vaxt mikroavtobusda sərnişin olmayıb və sürücü xəsarət almayıb. Lakin avtobus tamamilə yanıb.  

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Samux rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Mikroavtobus söndürülsə də, yararsız hala düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Yunis Quliyev

İstinadlar Qafqazinfo