“Samsung Electronics” şirkətinin 2020-ci il “ağıllı” televizorlar seriyası “Amazon Alexa” və “Bixby” ilə yanaşı, “Google Assistant” intellektual səsli köməkçi funksiyasının dəstəyi ilə təchiz ediləcək.

“Google Assistant” ilə iş üçün istifadəçilərdən əlavə proqram təminatının yüklənilməsi və ya kənar qurğuların alınması tələb olunmayacaq.

Səsli komandalar vasitəsilə tamaşaçılar kanalları dəyişə, səs ucalığını tənzimləyə, bu və ya digər proqramları işə sala, eləcə də “ağıllı” evdə müxtəlif qurğuların işinə nəzarət edə biləcəklər.

<>”Google Assistant” səsli köməkçisi 2020-ci il model sırasına aid bütün “Samsung Smart TV 4K” və “8K QLED”, “Crystal UHD TV”, “The Frame”, “The Serif”, “The Sero” və “The Terrace” televizorlarına quraşdırılacaq.

Qeyd olunur ki, istifadəçilər “Amazon Alexa”, “Bixby” və “Google Assistant” arasında seçim edərək istənilən intellektual köməkçiyə keçə biləcəklər. Beləliklə, “Samsung” televizorları tərəfindən maksimal çevik səsli idarəetmə imkanları təklif ediləcək.

Nizam Nuriyev

p

İstinadlar ict news