Cənubi Koreya şirkəti 5 nanometrlik (nm) “FinFET” texnoloji prosesi üzərində işlərini başa çatdırıb. Tezliklə ekstremal ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyası üzrə hazırlanmış prosessorlar bazara çıxarılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.7 nm-lik texnologiya ilə müqayisədə EUV texnologiyasından istifadə edən yeni proses standart elementin arxitekturasının təkmilləşdirilməsi nəticəsində enerji istehlakının 20% azaldılması vəziyyətində məntiqi zonanın səmərəliliyinin 25%-dək artımını təmin edir.

5 nm-lik prosesin başqa bir üstünlüyü odur ki, yeni texnologiya 7 nm-lik proses üçün yaradılmış bütün sxemlərdən istifadəyə imkan verir. Buna görə 7 nm-dən yeni prosesə keçid mürəkkəb və bahalı olmayacaq.

Şirkət gələn il yeni texnoloji prosesdən kommersiya yönümündə istifadəyə başlamağı planlaşdırır. Bu il isə 6 nm-lik texnologiya üzrə mikroçiplərin kütləvi istehsalına başlamağa söz verir.

İstinadlar ict news