“Samsung” şirkəti elastik ekranlı cihazlara görə “Galaxy Note” smartfonlar seriyasından imtina edə bilər. Bu barədə şəxsi mənbəsinə istinad edən Cənubi Koreyanın “Aju News” nəşri məlumat verib.

Təqdim edilməsi 2021-ci ilin iyununa planlaşdırılmış “Galaxy Z Fold 3” qatlanan telefon populyar fabletlər seriyasını əvəz edəcək. Yeniliyin ekranı “Note” cihazının əsas özəlliyi olan “S Pen” elektron qələmlə işləməyi dəstəkləyəcək.

“Samsung” şirkətinin hesablamasına görə, elastik ekranlı smartfonun üçüncü nəsli istifadəçilər arasında populyar olacaq.

Emil Hüseynov

İstinadlar ict news