“Samsung Electronics” şirkəti fırlanan kameralı “Galaxy A80” smartfonundan başqa həm də “Galaxy A70” aparatını təqdim edib.

“Samsung Galaxy A70” smartfonu 2400×1080 piksel təsvir ölçülü 6,7 düymlük ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri, 32 meqapiksellik “selfi” kamera, 32+8+5 meqapiksellik üç qat əsas kamera, “Snapdragon 665” prosessoru, 6 QB əməli və 128 QB daxili fləş yaddaş, 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malik 4500 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Cihazın ölçüsü 164,3×76,7×7,9 mm təşkil edir.

İstinadlar ict news