“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şirkətin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews.Qurğu yalnız dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G/LTE) iş üçün nəzərdə tutulub. Smartfon beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləməyəcək. Yeni qurğunun bu versiyasının qiymətinin standart “Galaxy S20 Ultra” variantı ilə müqayisədə daha ucuz olacağı gözlənilir.

Eyni zamanda hazırda “Galaxy S20 Ultra LTE” versiyasının texniki xüsusiyyətlərə görə “5G” modelindən nə ilə fərqlənəcəyi məlum deyil. Lakin smartfonun “5G” şəbəkəsini dəstəkləməməklə əvvəlki aparat platformasını saxlayacağı ehtimal olunur. Həmçinin “Exynos 990” çipi əvəzinə, digər prosessorun tətbiqi variantı istisna edilmir.

Analitiklərin qiymətləndirməsinə görə, Cənubi Koreya istehsalçısı bu il “Galaxy S20” ailəsinə aid 32 milyon smartfon satacaq.

Nizam Nuriyev

İstinadlar ict news