Samoada qızılca epidemiyası nəticəsində ölənlərin sayı 70 nəfərə qədər artıb.

Bu barədə ölkə hökuməti özünün “Twitter”dəki rəsmi səhifəsində bildirib.

“2019-cu ilin oktyabrında qızılca xəstəliyinə 4 min 693 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 112-i son 24 saat ərzində qeydə alınıb. Bu gün 70 insan bu xəstəlikdən öldülər”, – deyə hökumətin xəbərində bildirilir.

Ölən 70 nəfərdən 61-i 4 yaşına qədər uşaqlardır.

Həmçinin bildirilir ki, hazırda 160 nəfər xəstəxanaya yerləşdirilib. Onlar arasında 16 ağır xəstə uşaq da var. Həmin xəstələr reanimasiyadadır.

Bir gün əvvəl Samoa hökuməti elan edib ki, əhalinin qızılcaya qarşı peyvəndi üzrə ikigünlük kampaniyanın gedişatında, ölkənin əhalisinin təxminən 40% peyvənd olunub və vaksinləmə üzrə ümumi göstəricinin 90 faizə çatdırılmasına nail olunub.

İstinadlar Report