
“Ermənilər heç vaxt öz torpaqlarında dövlət qurmayıb, tarix boyu qonşularına qarşı torpaq iddiaları irəli sürüblər”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
O bildirib ki, İrəvandakı məscidlər tarixən türklərə məxsusdur: “Sonradan ermənilər deportasiya və soyqırımı siyasətini həyata keçirməklə bölgənin etnosunu tamamilə dəyişiblər. Beləliklə də Ermənistan monoetnik dövlət kimi tarixə adını yazdırıb. Afrikadan qovulan Fransa hələ də Ermənistanı silahlandırır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Türkiyə də Azərbaycanın haqlı davasında yanında olub. Bütün dünya bunu görməlidir”.