“Bu gün bizim üçün tarixi gündür. Bu açılış mərasimi həm Türkiyə üçün xüsusi strateji, iqtisadi əhəmiyyət daşıyır. Qardaş Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin burada bizimlə olması açılış mərasiminin məna və önəmini daha da artırır”.

Bu fikirləri “Report”un Rizəyə ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Deputat qeyd edib ki, dünyada dəniz üzərində inşa edilən 5 hava limanından ikincisinin Türkiyədə olması və Azərbaycan liderinin də iştirakı qürurverici tarixi hadisədir:

“Burada ən diqqətçəkən məqam bundan ibarətdir ki, Prezident İlham Əliyev çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin dostluq, qardaşlıq münasibətlərindən əlavə, müttəfiqlik səviyyəsinə yüksəlməsini xüsusi vurğuladı”.

Şamil Ayrım yeni istifadəyə verilən Rizə-Artvin hava limanının Türkiyə-Azərbaycan əlaqələri baxımından da müsbət rol oynayacağını bildirib:

İstinadlar Report