Noyabrın 23-ü Şamaxıda yanğın təhlükəsizliyi mövzusunda müşavirə keçirilib.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, idarə rəhbərləri, RİH başçısının qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Çıxışlarda əhali arasında yanğın-texniki biliyin artırılması üçün təbliğat işlərinin görülməsinin vacibliyi qeyd edilib, bu məsələnin daimi olaraq müəssisə rəhbərlərinin diqqətində olması tövsiyə olunub. Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən, bu tələblərin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyət daşıdıqları bildirilib.

Müşavirədə hər bir şəxsin təhlükəsizlik tələblərinə əməl etməli və yanğın təhlükəsizliyi barədə ümümvətəndaş məsuliyyəti sərgiləməli olduğu, bu istiqamətdə mütəmadi olaraq təbliğat-təşviqat işləri aparmasının zəruriliyi vurğulanıb.

Sonda FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydaları bir daha iştirakçıların diqqətinə çatdırılıb, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi üçün müvafiq tapşırıqlar verilib.




İstinadlar Qafqazinfo