Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
Sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.Sürüşmə nəticəsində yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub.
Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlər yerli büromuza bildiriblər ki, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.Hazırda kəndlə rayon mərkəzi arasında gediş-gəliş tam dayanmasa da, sürüşmə zonasından keçid avtomobillər üçün ciddi təhlükə yaradır.