Şamaxının Çuxuryurd kəndi ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

Bu Şamaxı rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, həmin obyekt sökülüb:

“Şamaxı İH tərəfindən rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı tədbirlər davam edir.

Rayon icra hakimiyyəti bir daha sahibkarlara müraciət edərək, tikinti işlərinin qanuni tələblərə əməl edərək tikilməli olduğunu bildirir”.


İstinadlar Qafqazinfo