Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford tranzit” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olmadığı bildirilir.

Məlumata görə, mikroavtobusdakı sərnişinlər Şamaxının Mədrəsə qəsəbəsində üzüm bağlarında işləyən qadınlar olub.

İstinadlar Qafqazinfo