Rusiyanın Samara şəhərində 25 sərnişini daşıyan trolleybus yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“Saat 06:33-də Samara şəhəri, Moskovskoe şosse, 185a ünvanında hərəkətdə olan trolleybusda (12 nömrəli marşrut) yanğın baş verməsi barədə məlumat daxil olub. Trolleybusda 25 nəfər olub, onlar özləri təxliyə olunub”, – məlumatda deyilir.

İstinadlar Report