Xaçmazın Hacıqurbanoba kəndində şəhid Hüseyn Sultanovun xatirəsi anılıb

Anım mərasimində şəhidin ailə üzvləri, rayon ictimaiyyət nümayəndələri, müharibə veteranları, idarə, müəssisəs və təşkilatların əməkdaşları iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolu, və göstərdiyi şücaətləri barədə danışıblar.

Məlumat üçün bildirək ki, H.Sultanov sentyabrın 21-də Qusarda yerləşən N saylı hərbi hissəyə təlimlərə çağrılıb. O, Vətən müharibsənin ilk günündə ön cəbhəyə atılaraq, düşmənlə üz-bəüz təmas xəttində qızğın döyüşlərdə iştirak edib. Qubadlı, Xankəndi, Xocavend və Füzuli istiqamətlərində döyüşərək böyük qəhrəmanlıq və şücaət göstərən H.Sulatnov düşmənin xeyli sayda texnikasının həmçinin canlı qüvvəsinin məhv edilməsində fərqlənir. H.Sultanov son damla qanına qədər Vətən uğrunda döyüşərək qəhrəmancasına şəhid olur.

Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Hüseyin Fərhad oğlu Sultanov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib. Allah rəhmət eləsin.