Salyan rayonunda məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

Məlumata görə, Şirvan şəhərindən olan şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

İstinadlar Qafqazinfo