Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.

Qalalı kəndində “Hyundai” markalı avtomobil “VAZ-21015”-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri – 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

İstinadlar Report