Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

İstinadlar Report