Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib.

Hadisə günorta saatlarında Salyan rayonun Babazənan yaşayış massivində baş verib. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Məzahim Qurbanov ailə münaqişəsi zəminində qızı Rəvanə Qurbanovanı odlu silahla atəş açaraq qətlə yetirib. Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı Slayan rayon prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.