Avqustun 12-də hindistanlı yazıçı Salman Rüşdini bıçaqlayan şəxs qətl və hücumda ittiham olunur.

Onun agenti Endryu Vaylinin dediyinə görə, xəstəxanaya yerləşdirilən yazıçı süni nəfəs aparatına qoşulub, onun qaraciyərində, qolunda ciddi zədə xəsarət var və bir gözünü itirə bilər.

Qeyd edək ki, Salman Rüşdi dünən Nyu-York şəhərində “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Naməlum şəxs səhnəyə çıxaraq Ruşdini döyməyə başlayıb. 75 yaşlı Rüşdi boynundan və mədəsindən bıçaqlanıb. Hadisəni törədən şəxs saxlanılıb.

S.Ruşdinin “Şeytan ayələri” romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

İstinadlar Report