Çin ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və istəyinə malik olan yeganə ölkədir.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ronald Reyqan adına prezident fondu tərəfindən təşkil edilmiş forumda bildirib.
“Bu, hərbi, iqtisadi və diplomatik sahələrdə ABŞ-ni dünya lideri mövqeyindən çıxarmaq imkanına və açıq desək, məqsədinə malik olan yeganə dövlətdir. Biz bunun heç vaxt baş verməməsi üçün qətiyyətliyik”, – o qeyd edib.