ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.

ICESCO üzv ölkələrlə qəti birlik nümayiş etdirərək xalqınızın bu əlamətdar günündə sevincinizə şərik olduğunu xüsusi vurğulayır.
Biz Sizinlə və xalqınızla birlikdə bu əziz bayramı qeyd edirik.

Bu gün olduğu kimi, gələcək illərdə də ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.