Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.

Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb.

İstinadlar Report