Uels şahzadəsi Uilyamın saxta sosial şəbəkə hesablarından istifadə etdiyi ortaya çıxıb. 

“Aston Villa” – “Celcit” matçına qatılan şahzadə Uilyamın yaxşı azarkeş olduğu və futbolla bağlı bütün yeniliklərdən xəbərdar olmaq üçün saxta hesabdan istifadə etdiyi məlum olub. 

Mənbələr bunun səbəbini “idmanla bağlı son xəbərlərdən və dedi-qodulardan xəbərdar olmaq” kimi şərh ediblər.

Uilyam sosial şəbəkələrə fərqli adlarla daxil olur. 

Bildirilib ki, şahzadənin saxta hesabdan istifadə etməsindən həyat yoldaşı Keyt Middltonun xəbəri yoxdur.



İstinadlar Qafqazinfo