Kembric hersoqu şahzadə Uilyam Britaniyanın “Shout 85258” etimad xidməti üçün gizli işləyərkən həyatının çətin dönəmlərini yaşayan insanlarla ünsiyyətdə olub.

Bu barədə “The Mirror” yazıb.

Şahzadə digər könüllülərlə birlikdə xüsusi kurslar keçib. Onun həyat yoldaşı Keyt Midlton isə Milli Səhiyyə Xidmətinin könüllülük proqramında yardım edib. Hersoginya pandemiya zamanı evdə özünü təcrid edən və dəstəyə ehtiyacı olan insanlarla telefonla əlaqə saxlayıb, problemləri ilə maraqlanıb.

Kral ailəsi həmçinin etnik azlıqlarla işləyən təşkilatla əlaqəda olub.

Nəşr qeyd edir ki, kral ailəsi “Shout” xidmətinə təxminən 3 milyon funt sterlinq sərmayə qoyub.

İstinadlar Report