Böyük Britaniya kraliçası II Elizavetanın əri, şahzadə Filipin ölüm səbəbi rəsmi şəkildə açıqlanıb.

Bu barədə “Telegraph” bildirib.

Kral ailəsini müalicə edən həkim sənədlərdə göstərib ki, 99 yaşlı şahzadə Filip qocalıqdan ölüb.

Onun ölümünə başqa xəstəliklər və ya travmalar səbəb olmayıb.

Bu halda Filipin ölümündən bir neçə həftə əvvəl məlum olub ki, şahzadə ürəyindəki xroniki problemlə əlaqədar uğurlu cərrahiyyə əməliyyatı keçirib.

İstinadlar Report