Uels şahzadəsi Çarlz iyunda Amerika prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri çərçivəsində Birləşmiş Ştatların dövlət başçısı ilə görüşməyə razılaşıb.

Güman edilir ki, Amerika lideri və Britaniya şahzadəsi iyunun 3-də görüşəcəklər. Tərəflər ətraf mühitin mühafizəsi mövzusunu müzakirə edəcəklər.

Görüş şahzadənin iqamətgahında “nahardan sonrakı çay” zamanı keçiriləcək.

İstinadlar Report