Bollivud ulduzu Şahruk Xanın böyük oğlu Aryan Xan həbs edilib.

Buna səbəb onun narkotik maddə istifadə etməsi olub. Belə ki, Aryan və 7 dostu Mumbayi-Qoa ərazisində keçirilən reydlərin birində polis tərəfindən saxlanılıb. Onlar həkim müayinəsindən keçib və narkotik aludəçisi olduqları bir daha sübut edilib.

Aryan Xan bu gün axşam saatlarında hakim qarşısına çıxacaq. Onun həm narkotik, həm də psixotrop dərmanlar qəbul etdiyi bildirilib. Məhkəmədən sonra gəncin müalicə üçün xəstəxanaya aparılacağı təxmin edilir.

Qeyd edək ki, oktyabrın 2-də Hindistan polisi Mumbayidə çimərliklərin birində gənclərin parti təşkil etməsi və narkotik çəkməsi haqda şikayət alıb. Reyd keçirən polis bir neçə şəxsi saxlayıb. Sonradan məlum olub ki, gənclərdən biri Şahruk Xanın oğludur.

 

İstinadlar axsam