Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Salyan, Biləsuvar və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

İstinadlar Report