“Orta Dəhliz” üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlıq gücləndiriləcək.

Bunu qurumun sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang ilə görüşdə bildirib.

ÜGT ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən Ş. Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin və texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb.

O da vurğulanıb ki, gömrük işinin elmi əsaslar, institusional yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində ÜGT mühüm rol oynayır. Görüşdə gömrük sistemində risklərin təhlili, dəyərin müəyyənləşdirilməsi, məlumatların analiz edilməsi və digər sahələrdə Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi,

İstinadlar Report