
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ağstafada Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul aprelin 21-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küç.1) baş tutacaq.
Qəbul zamanı Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.