Metropolitenə gələn elektrik xətlərində gərginliyin düşməsi “Sahil” stansiyasının esklatorları və işıqlanma sistemində əksini tapıb.

Bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev yayıb.

O bildirib ki, sərnişin təhlükəsizliyi tələblərinə ciddi əməl olunmaqla qısa müddət ərzində eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında xəsarət alan olmayıb. Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.

İstinadlar Qafqazinfo