Sahil Babayev vətəndaşlarla görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlarla görüşündə S.Babayev ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.Aktiv məşğulluq proqramlarının geniş miqyas alması, bu proqramların icrasında həssas qruplara üstünlük verilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

Vətəndaşların məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, pensiya və sosial müavinət, əlillik, reabilitasiya və sosial xidmətlər, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilərək cavablandırılıb. 

S.Babayevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı vətəndaşlar müraciətləri nəzərə alınmaqla, özünüməşğulluq proqramına, peşə hazırlığına, nazirliyin reabilitasiya müəssisələrində bərpa müalicəsinə, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Məşğulluq üçün müraciət edən bir qisim vətəndaşa ərazi üzrə vakant iş yerləri təklif olunub və onlara əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər təqdim edilib. Eləcə də müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Oxumağa dəyər:   ‘Radikal qruplar cəmi 100-150 nəfər çıxara bildilər’ - Əli Həsənov

İstinadlar Qafqazinfo

Sahil Babayev vətəndaşlarla görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qurumdan verilən məlumata görə, qəbul zamanı vətəndaşlar pensiya və digər sosial təminat, əlilliyin qiyimətləndirilməsi, reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların işlə təmin edilməsi, potensialları nərəzə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması tapşırılıb. 

Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, peşə hazırlığına, ayrı-ayrı şəxslər nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb.

Oxumağa dəyər:   ‘Radikal qruplar cəmi 100-150 nəfər çıxara bildilər’ - Əli Həsənov


İstinadlar Qafqazinfo