“Azərbaycanla Rumıniya arasında əlaqələr daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.

Bunu Bakıda keçirilən “Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“İki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 %, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artıb. Ümumilikdə enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir”,- deyə o, əlavə edib.

İstinadlar Report