İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu zəmanət və subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan 2 layihə üçün götürülmüş kreditə zəmanət verib.

Bunu Fondun şöbə müdiri Rüstəm Əliyev bildirib.

Onun sözlərinə görə, zəmanətlər Şuşa şəhərində ictimai-iaşə fəaliyyəti üçün bankdan alınmış 800 min manat kreditə və Xankəndi şəhərində camaşırxana xidməti üzrə bankdan əldə edilmiş 350 min manat kreditə, hər birində 90 % olmaqla verilib.

Şöbə müdiri qeyd edib ki, Fond artıq hər 2 layihə üzrə əldə edilmiş kreditlər üzrə illik faiz dərəcələrinin 10 faiz bəndi subsidiyalaşdırılmasına başlayıb. Ümumilikdə bu mexanizm çərçivəsində 500 milyon manat kreditə 450 milyon manat dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.

İstinadlar Report